Polşada ukraynalılara vətəndaşlıq məsələsi gündəmə gəldi
Polşalı Avropa Parlamentinin deputatı Eva Zayonçkovska-Hernik ukraynalı immiqrantlara Polşa vətəndaşlığının verilməsinin dayandırılmasını və əvvəllər verilmiş vətəndaşlıqların ləğv edilməsinə imkan yaradılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə deputatın “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
Zayonçkovska-Hernikin sözlərinə görə, Polşada yaşayan bir çox ukraynalı ölkə vətəndaşlığı almağa çalışır. O bildirib ki, bunun nəticəsində həmin şəxslər seçki hüququ əldə edə və ölkənin siyasi həyatına təsir göstərə bilərlər.
Deputat həmçinin ukraynalı mənşəli bəzi şəxslərin artıq dövlət strukturlarında vəzifə tutduğunu iddia edib. Onun fikrincə, bu proses Polşanın təhlükəsizliyi üçün təhdid yaradır.
Zayonçkovska-Hernik bu səbəbdən immiqrantlara Polşa vətəndaşlığının verilməsinin dayandırılmasını, əvvəllər verilmiş vətəndaşlığın ləğvinə imkan verən mexanizmin tətbiqini və Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmağı təklif edib.
Avropa Parlamentinin rəsmi məlumatına görə, Zayonçkovska-Hernik Polşadan olan deputatdır və “Konfederasiya Azadlıq və Müstəqillik” partiyasını təmsil edir.
17:25 27.09.2026
Oxunuş sayı: 46