Ceyhun Bayramov Co Vilsonla Azərbaycan-ABŞ gündəmini müzakirə edib
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov konqresmen Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin strateji əlaqələri barədə fikir mübadiləsi aparıb, uzunmüddətli regional təhlükəsizliyi, sülhü və sabitliyi təşviq etmək məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığı vurğulayıblar.
Görüşdə Azərbaycanın əsas regional rolu vurğulanıb.
22:08 23.09.2026
Oxunuş sayı: 45