İlham Əliyev: Azərbaycan-Avropa əlaqələri inkişaf edir
Prezident İlham Əliyev sentyabrın 23-də Estoniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.
Crossmedia.az xəbər verir ki, İlham Əliyev səfirlə söhbət zamanı Avropa-Azərbaycan münasibətlərinə də nəzər salıb.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.
11:35 23.09.2026
Oxunuş sayı: 36