Gəncədə zibil poliqonunda ölü DÖL TAPILDI
Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda çürümüş dölün aşkar edilməsi faktı üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Crossmedia.az-a bildirilib ki, hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub.
Həmçinin hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
11:43 20.08.2026
Oxunuş sayı: 59