Ukraynadan Rusiyaya 110 PUA göndərildi
Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiyaya doğru 110 pilotsuz uçuş aparatı göndərib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək Ukraynaya məxsus PUA-ların hücumlarını dəf edib.
PUA-ların Belqorod, Kursk, Oryol, Bryansk, Tula, Ryazan, Lipetsk və Rostov vilayətləri, Moskva vilayəti və Krım istiqamətində vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi hücumun dəf edilməsi ilə bağlı əlavə məlumat açıqlamayıb.
Qeyd edək ki, daha əvvəl Rusiya hərbçilərinin Ukraynanın iri şəhərlərində məlumatların emalı mərkəzlərinə zərbələr endirdiyi bildirilib. Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün strateji obyektlər hesab edilən “Parkovıy”, Ukrtelekom, “Giga” və “Podolski” data mərkəzləri vurulub.
21:46 06.10.2026
Oxunuş sayı: 53