Rusiyada tanınmış filosof “xarici agent” elan edilib
Rusiya Ədliyyə Nazirliyi filosof Marina Bikovanı, videobloqer Sergey Matveyevi və bir neçə jurnalisti “xarici agentlər” reyestrinə daxil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi reyestrində məlumat yerləşdirilib.
Rusiya Ədliyyə Nazirliyinin açıqlamasına görə, Marina Bikova “xarici agent” kimi tanınan şəxslərin materiallarının hazırlanmasında iştirak edib, arzuolunmaz təşkilatla əməkdaşlıq edib və Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata qarşı çıxış edib.
Marina Bikova Rostov-na-Donu şəhərində anadan olub. 2000-ci ildən ABŞ-nin Şimali Karolina Ştat Universitetində fəlsəfə və dinşünaslıq kafedrasının professorudur. 2019-cu ildən isə Studies in East European Thought jurnalının baş redaktorudur.
Reyestrə həmçinin bloqer Sergey Matveyev, jurnalistlər Sergey Panov, Maksim Maksimenko və Yelena Barışeva, eləcə də “Büro” xəbər kanalı, “Krasnıy Temnik” informasiya-analitik resursu və “Perezagruzka 2026” layihəsi daxil edilib.
Xatırladaq ki, noyabrın 18-də Rusiya Ədliyyə Nazirliyi yazıçı və publisist Vasilina Orlovanı da “xarici agentlər” reyestrinə salmışdı.
05:14 21.11.2026
Oxunuş sayı: 26