Rusiya və İran liderləri cümə günü görüşəcək
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian cümə günü ikitərəfli görüş keçirəcəklər.
Crossmedia.az xəbər verir ki, “Tasnim News” bu barədə “Rıa Novosti”yə istinadən məlumat yayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş Putinin Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində iştirak etmək üçün Türkmənistana səfəri çərçivəsində keçiriləcək.
Görüş zamanı Rusiya və İran arasında ikitərəfli münasibətlərin müzakirə olunacağı bildirilib.
21:37 06.10.2026
Oxunuş sayı: 64