Rusiyanın Kuril adalarında güclü zəlzələ qeydə alındı
Kuril adalarında 5,9 maqnitudalı güclü zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (“EMSC”) bu barədə məlumat yayıb.
Yeraltı təkanlar oktyabrın 6-da Moskva vaxtı ilə saat 19:48-də (yerli vaxtla oktyabrın 7-də saat 03:48) qeydə alınıb. Zəlzələnin maqnitudası 5,9 olub. Seysmoloqlar bu gücdə olan zəlzələlərin orta dərəcəli dağıntılara səbəb ola biləcəyini bildirirlər.
Zəlzələnin episentri təxminən 2 400 nəfərin yaşadığı Severo-Kurilsk şəhərindən 265 kilometr cənubda yerləşib. Ocağın 26 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Hazırda bölgədə ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bundan əvvəl də bölgədə 4,4 maqnitudalı daha zəif zəlzələ baş verib. Təkanlar Severo-Kurilsk şəhərindən 94 kilometr cənub-şərqdə, yerli vaxtla saat 21:42-də qeydə alınıb.
21:53 06.10.2026
Oxunuş sayı: 50