Partlayış səslərindən sonra Kiyevdə işıqlar söndü
Kiyevdə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi nəticəsində şəhərdə işıqlar sönüb.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” bu barədə Telegram kanalında məlumat yayıb.
Məlumata görə, Kiyevin bir çox rayonunda elektrik enerjisi qrafikdənkənar dayandırılıb.
Bundan əvvəl Kiyevdə partlayış səslərinin eşidildiyi bildirilib. Şəhər meri Vitali Kliçko paytaxtda hava hücumundan müdafiə sistemlərinin işlədiyini açıqlayıb və sakinləri sığınacaqlarda qalmağa çağırıb.
22:51 06.10.2026
Oxunuş sayı: 50