Tovuzda zəncirvari qəza zamanı bir nəfər ölüb
Tovuz rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Kia" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "Mercedes" markalı avtomobil yol kənarında dayanan "VAZ 2206" və "Opel" markalı nəqliyyat vasitələrinə dəyib.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobili idarə edən 2004-cü il təvəllüdlü Əkbər Qasımov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
23:31 07.09.2026
Oxunuş sayı: 39