AMB-yə yeni direktor təyin edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.
Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib.
16:57 23.10.2026
Oxunuş sayı: 54