Sumqayıtda hərəkətdə olan avtomobil alışdı
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında minik avtomobili yanıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində, yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. Hərəkətdə olan “VAZ-2105” markalı avtomobil qəfil alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
14:23 10.10.2026
Oxunuş sayı: 218