Küçə iti 4 yaşlı uşağı dişləyib
Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B-ni küçə iti dişləyib.
Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.(Report)
14:10 21.11.2026
Oxunuş sayı: 40