Pezeşkian: Vəziyyətimiz heç də yaxşı deyil
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin hazırkı vəziyyətinin qənaətbəxş olmadığını etiraf edib, lakin mövcud çətinliklərin öhdəsindən gəlməyin mümkün olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Biz yalan vədlər verməyi və ya vəziyyətimizin çox yaxşı olduğunu söyləməyi bacarmırıq”, – deyə dövlət başçısı bildirib.
Pezeşkian ölkənin üzləşdiyi çətinliklərə diqqət çəkərək əlavə edib:
“Açığını desəm, vəziyyətimiz heç də yaxşı deyil. Amma bu, mövcud vəziyyətin öhdəsindən gələ bilməyəcəyimiz demək deyil”.
14:14 21.11.2026
Oxunuş sayı: 55