Vladimir yox, Mixail – Putinin adının maraqlı tarixçəsi
Rusiya Prezidenti Vladimir Putin uşaqlıqda vəftiz edilərkən ona Mixail adının verilməsinin təklif olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “Birinci Kanal”ı bu barədə məlumat yayıb.
Putin serbiyalı rejissor Emir Kusturitsaya müsahibəsində 1952-ci ildə Leninqradda keçirilən vəftiz mərasimi ilə bağlı xatirələrini bölüşüb.
Onun sözlərinə görə, mərasimi keçirən keşiş uşağa Mixail adının verilməsini təklif edib.
“Keşiş dedi ki, bu gün Mixailin ad günüdür, mələk günüdür. Mənim də adım Mixaildir. Anam isə üzr istəyərək dedi: ‘Bağışlayın, ata, biz artıq uşağa atasının şərəfinə ad vermişik’”, – deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, sonradan məlum olub ki, onu vəftiz edən keşiş indiki Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin atası Mixail Qundyayev olub.
Putin qeyd edib ki, bu barədə patriarxla söhbət zamanı onun atasının 1950-ci illərdə Leninqraddakı Preobrajenski kafedralında xidmət etdiyini öyrənib.
Qeyd edək ki, müsahibə Patriarx Kirillin 80 illik yubileyinə həsr olunmuş “Bizim vəftizimiz. Patriarx” sənədli filmi çərçivəsində hazırlanıb.
11:53 21.11.2026
Oxunuş sayı: 82