Elektrik enerjisi və qaz sektorunda 2,9 milyard manatlıq istehsal
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 889,6 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 2,1% azdır.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 570,5 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 484,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 0,3% çoxdur.
Hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 mln. manat təşkil edib, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,5% artım deməkdir.
13:44 21.11.2026
Oxunuş sayı: 42