Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
06:02 21.11.2026
Oxunuş sayı: 133