Dövlət Dumasının deputatı cəbhəyə göndərildi
Rusiya Dövlət Dumasının Sankt-Peterburqdan olan deputatı Mixail Romanov Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq hərbi xidmətə yollanıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə deputatın “Telegram” kanalında yaydığı məlumata istinadən yazıb.
Romanov videomüraciətində bildirib ki, Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi Müdafiə Nazirliyi ilə hərbi xidmət keçmək barədə müqavilə imzalayıb.
Deputat Dövlət Dumasında 10 illik fəaliyyətinin döyüş bölgəsində də ona fayda verəcəyinə inandığını deyib.
Romanov xüsusi hərbi əməliyyat zonasına hərbi vəzifəsini yerinə yetirmək üçün getdiyini bildirib. O, xidmət zamanı həmvətənlərini və Sankt-Peterburq sakinlərini məyus etməmək, ölkəsinə töhfə vermək niyyətində olduğunu qeyd edib.
21:12 06.10.2026
Oxunuş sayı: 45