Zelenski: Rusiya yeni kütləvi zərbəyə hazırlaşır
Ukrayna kəşfiyyatı Rusiyanın yeni kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumatlar əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna artıq mümkün hücuma qarşı tədbirlər hazırlayır, hava hücumundan müdafiənin gücləndirilməsi ilə bağlı prioritet vəzifələr yerinə yetirilir.
Ukrayna Prezidenti vətəndaşlara hava hücumu siqnallarına məhəl qoymamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi çağırıb.
Bununla yanaşı, Zelenski mümkün zərbənin konkret vaxtını və miqyasını açıqlamayıb.
21:31 06.10.2026
Oxunuş sayı: 54