Paşinyan: Ermənistanda saxlanılan azərbaycanlı hərbçi bir müddət burada qalacaq
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi bir müddət bu ölkədə qalacaq.
Crossmedia.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində bildirib.
Paşinyanın sözlərinə görə, Azərbaycan hərbçisinin Ermənistanda saxlanılması ilə bağlı cinayət işi üzrə prosedurlar bu ölkədə aparılacaq. O, hərbçinin hazırda həbsdə olduğunu və istintaqın davam etdiyini deyib.
Ermənistanın baş naziri mümkün hərbçi mübadiləsinə də münasibət bildirib.
“Fərz edək ki, biz onlara deyirik: əsirlərdən birini bizə verin ki, biz də bu əsgəri qaytaraq. Bəs sabah bizim əsgər qarşı tərəfə keçsə, onda kimi qaytaracağıq?” – Paşinyan bildirib.
21:23 06.10.2026
Oxunuş sayı: 54