Litvada nüvə silahı məsələsi gündəmə gətirilib
Litva nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsi ilə bağlı konstitusion məhdudiyyətin aradan qaldırılmasını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, Litva rəsmiləri bu addımın ölkənin hüquqi vəziyyətini digər Aİ və NATO üzvü dövlətlərlə eyniləşdirəcəyini bildiriblər.
Litvanın müdafiə naziri Robertas Kaunas isə çəkindirmənin vacibliyini vurğulayaraq, siyasətçilərin ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə etməli olduğunu deyib.
Kaunas Litvanın strateji silahlara malik ölkələrlə əhatə olunduğunu bildirib. O, Rusiyanın Kalininqrad eksklavına və Belarus ərazisinə diqqət çəkib.
22:10 06.10.2026
Oxunuş sayı: 55