Fransada yüzlərlə lisey bağlandı, Makron təcili toplantı çağırdı
Fransa Prezidenti Emmanuel Makron ölkənin müxtəlif şəhərlərində keçirilən genişmiqyaslı məktəbli etirazları ilə bağlı təcili müşavirə çağırıb.
Crossmedia.az xəbər verir ki, “BFMTV” bu barədə məlumat yayıb.
Telekanalın məlumatına görə, Makron bu axşam baş nazir Sebastyan Lekornyu və milli təhsil naziri Eduar Jefre də daxil olmaqla bir neçə nazirlə ölkədəki vəziyyəti müzakirə edəcək.
Bundan əvvəl Lekornyunun ofisi məktəblilərin etirazlarının solçu “Tabe olmayan Fransa” partiyası tərəfindən qızışdırılmış ola biləcəyini istisna etməyib.
Oktyabrın 2-də isə Fransada məktəbli etirazları ilə əlaqədar hüquq-mühafizə orqanlarının 600 nəfəri saxladığı bildirilmişdi.
“BFMTV”nin oktyabrın 6-da yaydığı məlumata görə, ölkə üzrə 400-500 lisey etirazlar səbəbindən fəaliyyətini dayandırıb.
21:18 06.10.2026
Oxunuş sayı: 48