Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər
Gənclər arasında Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyənin taekvondo milliləri Ankara şəhərində birgə təlim-məşq toplanışında iştirak edirlər.
Bu barədə Crossmedia.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) yığmanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyənin olimpiya komandası ilə birgə məşqlərə qatılaraq Dakar-2026-ya hazırlığı davam etdirirlər.
Birgə hazırlıq zamanı Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıkulu məşqi ziyarət edərək hər iki ölkənin məşqçi və idmançılarına uğurlar arzulayıb.
Görüşdə federasiyalar adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib. Məşqlər avqustun 26-dək davam edəcək.
17:24 19.08.2026
Oxunuş sayı: 43