General oğlu vəzifəsindən azad edildi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə öz arzusu ilə vəzifəsindən azad edilib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.
Nazirin Əmri ilə Qasımzadə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.
Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. Rauf Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.(Qafqazinfo)
14:43 18.08.2026
Oxunuş sayı: 44