Fedorov: Rusiyanı dayandıra biləcəyik
Ukraynanı qarşıdakı dövrdə ağır sınaqların və ciddi çağırışların gözlədiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov bu barədə açıqlama verib.
Fedorovun sözlərinə görə, Ukrayna nəticədə Rusiya qüvvələrinin qarşısını ala və Moskvanı strateji məqsədlərinə çatmadan müharibəni dayandırmağa məcbur edə bilər.
O bildirib ki, Rusiya hakimiyyəti qarşıdurmanın ölkənin mövcudluğuna təhlükə yaratdığını anladığı zaman geri addım atacaq. Bundan sonra atəşkəs və sülh üçün şərait yaranacaq.
10:18 18.08.2026
Oxunuş sayı: 50