Xaçmaz–Xudat–Yalama yolunda bərpa işləri başlayıb
Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanılıb.
Crossmedia.az xəbər verir ki, selin təsiri nəticəsində yolun zədələnmiş hissəsinin bərpası üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Hazırda ərazidə qazıntı işləri aparılır, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.
Məqsəd hərəkətin təhlükəsizliyinin təmini və nəqliyyat əlaqəsini tam bərpa etməkdir.
Eyni zamanda, selin yarada biləcəyi risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilir.

16:09 24.05.2026
Oxunuş sayı: 121