Mədinə Bələdiyyə Sədri: Biz xüsusi idarə etmə planı hazırlamışıq
Biz xüsusi idarə etmə planı hazırlamışıq.
Crossmedia.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Mədinə şəhərinin bələdiyyə sədri Fahd Al-Balayeshi Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
Bizim investisiya çərçivəmiz var ki, bu investorlar üçün açıqdır. Biz 300-ə yaxın urban indikatorlar müəyyən etmişik ki, bu da riskləri azaltmağa və dayanıqlı sistem qurmağa kömək edir. Mədinə şəhərində xüsusi bir ərazi var ki, orada yaşıllaşma zonası salınıb. Biz orada potensial riskləri də nəzərə aldıq, ərazinin iqtisadi potensialını da nəzərə aldıq və yaşıllığı genişləndirdik. 70 -ə yaxın şəhərdə indikatorlar quraşdırılıb. Biz tək dayanıqlı deyil eyni zamanda zəngin cəmiyyət qururuq.
Ayhan
10:47 20.05.2026
Oxunuş sayı: 127