İcraçı direktor: COP31-in prezidenti öhdəlik götürüb
İki gün əvvəl çox güclü yağış yağdı ki, bundan hamı əziyyət çəkdi.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
İndi siz düşünün ki, qeyri-qanuni ərazilərdə məskunlaşan insanlar bu hadisələrlə, iqlim dəyişiklikləri ilə necə mübarizə aparırlar. Onların resurslara, nəqliyyata çıxışı yoxdur. Hazırda 1 milyard insanın içməli suya çıxışı yoxdur. Həmin insanlar qorxaraq yatıb dururlar. Ümid edirəm ki, bu müzakirələr yaxın günlərdə proqrama daxil ediləcək. İlk dəfə olaraq biz qeyri-rəsmi mənzil anlayışını COP-da gətirmişdik. COP31-in prezidenti öhdəlik götürüb ki, mənzil məsələsini proqramda qabardacaq.
Ayhan
10:24 20.05.2026
Oxunuş sayı: 190