Yuri Qusev: Kiyev Ukraynanın bərpası üzrə konfransda Azərbaycanın iştirakına ümid edir
Ukrayna tərəfi 25-26 iyun tarixərində Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş konfransda Azərbaycanın yüksək səviyyədə iştirakına ümid edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində bildirib.
18:29 18.05.2026
Oxunuş sayı: 37