Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.
4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.
11:06 18.05.2026
Oxunuş sayı: 42