Azərbaycanda ardıcıl 3 gün qeyri-iş günü olacaq
9 May – Faşizm üzərində Qələbə Günü şənbəyə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.
Eyni zamanda işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.
Crossmedia.az xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
10:53 08.05.2026
Oxunuş sayı: 50