Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb
Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az xəbər verir ki, mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb.
07:24 08.05.2026
Oxunuş sayı: 86