Azərbaycandan Ermənistana gübrə və taxıl göndəriləcək
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə VƏ 4 vaqon taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
09:35
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.
Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
09:43 06.05.2026
Oxunuş sayı: 187