Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə mühüm görüş keçirdi
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.
18:16 30.04.2026
Oxunuş sayı: 267