XTQ-nin 27 illiyi qeyd olundu
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri tədbir iştirakçılarına çatdırılıb.
Çıxış edənlər Ulu Öndərin tapşırığı ilə yaradılan XTQ-nin tarixindən danışıb, torpaqlarımızın düşmən işğalından azad edilməsində şəxsi heyətin göstərdikləri şücaətlərdən söhbət açıblar.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin XTQ-yə böyük əhəmiyyət verdiyi, 44 günlük Vətən müharibəsi və digər əməliyyatlarda xüsusi təyinatlıların qəhrəmanlıq nümunələrinin hər zaman yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.
Xüsusi Təyinatlı döyüşçülər bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, Vətənə hər zaman şərəflə xidmət edəcəklərini və göstərilən etimadı doğruldacaqlarını əminliklə qeyd edərək, XTQ-də xidmətlərindən qürur hissi ilə danışıblar.
Xüsusi təyinatlılara həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıblar.
Şəhid ailələri və yaxınları dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.
Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 27-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
17:58 30.04.2026
Oxunuş sayı: 53