Eldar Səlimov İraq DİN-in generalı ilə görüşüb
Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov bu ölkənin Daxili İşlər Nazirliyinin Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Casim Akiber ilə görşüb.
Crossmedia.az xəbər verir ki, E. Səlimov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Dr. Hüseyn Casim Akiber ilə görüşdən məmnunluq duydum", - o bildirib və əlavə edib ki, görüşdə təhlükəsizlik sahəsində Anlaşma Memorandumu və birgə fəaliyyət mexanizmləri müzakirə edilib.
18:46 29.04.2026
Oxunuş sayı: 43