Şahin Mustafayev İrəvana gedib - TƏSDİQLƏNDİ
Ermənistan Xarici İşlər Nazirliyi baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrəvana səfər etdiyini təsdiqləyib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, səfərlə bağlı əlavə məlumat daha sonra açıqlanacaq.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya rəhbərlik edir. Bu, onun İrəvana ilk səfəridir.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası prosesinin yaxın vaxtlarda davam etdiriləcəyini və məntiqi müddət ərzində başa çatdırılmasının planlaşdırıldığını bildirmişdi.
14:40 29.04.2026
Oxunuş sayı: 59