Çexiyanın Baş naziri Azərbaycana gəlib
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycana səfər edib.
Crossmedia.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.
20:09 26.04.2026
Oxunuş sayı: 76