MSK-nın tərkibi yenidən formalaşdırılacaq
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə sənəd parlamentin aprelin 27-də keçiriləcək pelnar iclasının gündəliyinə Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələ daxil edilib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
MSK-nın tərkibi 2021-ci il aprelin 27-də Milli Məclisin plenar iclasında qəbul edilən qərar layihəsi ilə formalaşdırılmışdı.
11:17 24.04.2026
Oxunuş sayı: 55