TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım aprelin 22-də Azərbaycanın Qarsdakı baş konsulluğunda olub.
Crossmedia.az xəbər verir ki, səfər zamanı onu TDT Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, TDT-nin sabiq baş katibi Halil Akıncı, Qars valisi Ziya Polat və digər şəxslər müşayiət ediblər.
Səfər çərçivəsində Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyevlə görüş keçirilib.
Bu gün, həmçinin TDT Ağsaqqallar Şurasının sədri Ardahan vilayətində çıxış edib. B.Yıldırım bildirib ki, Türk Dövlətləri Təşkilatının səsi regionun hüdudlarından çox uzaqlarda eşidilir. “TDT bütün dünyada sülhə və rifaha töhfə verir”, – deyə o qeyd edib.(Azərtac)
09:40 23.04.2026
Oxunuş sayı: 55