Neftin bahalaşmasının müsbət və mənfi cəhətləri nələrdir? - Deputat açıqladı
Neft qiymətlərinin artması Azərbaycan üçün əlavə maliyyə gəlirləri yaradır və bu, iqtisadiyyatın inkişafı baxımından müsbət amildir. Lakin bu proses qlobal miqyasda inflyasiyanın artmasına səbəb olur və istehsal xərclərini yüksəldir.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
"Nəticədə idxal olunan məhsulların qiyməti artır və bu, daxili bazara da təsir göstərir. Digər tərəfdən, enerji bazarındakı qeyri-sabitlik logistika və daşınma xərclərini artırır ki, bu da ümumi iqtisadi proseslərə mənfi təsir edir. Bu baxımdan, neft qiymətlərinin artmasının həm müsbət, həm də mənfi tərəfləri mövcuddur", - o bildirib.
08:08 21.04.2026
Oxunuş sayı: 56