Azərbaycan və Rusiya arasında münasibətlərin münasibətlərin yenidən əməkdaşlıq müstəvisində inkişaf edəcəyi gözlənilir
" Kompensasiya ilə bağlı əldə olunan razılıq mühüm və müsbət addımdır. Azərbaycan bu məsələdə beynəlxalq hüquqa əsaslanaraq prinsipial mövqe ortaya qoydu və öz tələblərini qəti şəkildə ifadə etdi. Bu yanaşma nəticəsində qarşı tərəf də konkret mövqe bildirməyə məcbur oldu".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
"Bu, Azərbaycanın siyasi gücünü, müstəqil siyasət yürütmək qabiliyyətini və milli maraqlarını qorumaqda qətiyyətli olduğunu bir daha nümayiş etdirir. Ümumilikdə, məsələ tam həll olunduqdan sonra iki ölkə arasında münasibətlərin yenidən əməkdaşlıq müstəvisində inkişaf edəcəyi gözlənilir. Azərbaycan digər sahələrdə olduğu kimi, bu münasibətlərdə də qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə üstünlük verir", - o bildirib.
03:07 21.04.2026
Oxunuş sayı: 54