Sibiqa: Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk
Ukrayna Azərbaycanla qarşılıqlı faydalı enerji tərəfdaşlığı qurmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bildirib.
Nazr deyib ki, Azərbaycanla Ukrayna arasında güclü əlaqələr var:
"Azərbaycanın Ukraynaya göstərdiyi həm mədəni, həm də humanitar dəstək bizim üçün çox önəmli və dəyərlidir. Biz Azərbaycanla münasibətlərin daha da yaxınlaşdırılmasına böyük önəm veririk və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini istəyirik. Ümid edirik ki, bu istiqamətdə əlaqələrimiz daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq".
18:10 17.04.2026
Oxunuş sayı: 52