Simonyan Sahibə Qafarova ilə görüşüb - FOTO
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan İstanbulda Rusiya və Azərbaycanın parlament rəhbərləri ilə görüşüb.
Crossmedia.az-ın məlumatına görə, Ermənistan parlamentinin mətbuat xidməti bildirib ki, Simonyan burada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə ayaqüstü söhbətlər aparıb.
Görüşlərin detalları açıqlanmasa da, tərəflər arasında qısa protokol formatında təmasların baş tutduğu qeyd olunub.
17:14 16.04.2026
Oxunuş sayı: 49