Azərbaycanda bəzi səhiyyə işçilərinin əməkhaqları artırıldı
Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq ediləcək.
19:05 15.04.2026
Oxunuş sayı: 61