Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün konsulluq xidməti həyata keçiriləcək
Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün mayın 4-də səyyar konsulluq xidmətləri həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin "X" hesabında məlumat yayılıb.
"Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək", - məlumatda bildirilib.
18:17 15.04.2026
Oxunuş sayı: 45