İrana sərmayə qoyması Azərbaycana nə vəd edir?
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İran müharibəsi nəticəsində zərər görmüş ölkələrin iqtisadiyyatına 5 milyard avro həcmində sərmayə yatırmaq planı regionda yeni iqtisadi dinamika yaradıb. Proqram çərçivəsində Azərbaycanın da siyahıya daxil edilməsi ölkənin münaqişədən sonrakı bərpa və inkişaf prosesində beynəlxalq maliyyə dəstəyinə çıxış imkanlarını artırır.

Bu barədə Crossmedia.az-a danışan iqtisadçı- ekspert Elçin Rəşidov söyləyib ki, 5 milyard avro Azərbaycanın fəaliyyəti üçün həmin siyahıda kiçik rəqəmdir: "Lakin bu, Azərbaycanın aşağı faizli kreditlərə və müəyyən zəmanət mexanizmlərinə çıxışını yaradır. Bu da Azərbaycan iqtisadiyyatı üçün fayda deməkdir. Hansı sektorlara yönəldiləcəyi hələ dəqiq bilinməsə də, enerji sektoru, logistika və nəqliyyatın əsas istiqamətlər olacağı ehtimal edilir. Əgər hər ölkəyə pay ayrılmasa və Azərbaycanın layihə idarəetmə potensialı zəif qiymətləndirilsə, ölkə bu vəsaitdən heç nə əldə etməyə də bilər. Amma hər ölkəyə müəyyən pay ayrılarsa, o zaman Azərbaycan 5 milyard avrodan öz payını aşağı faizli kredit şəklində istifadə edə bilər”.
İqtisadçı vurğulayıb ki, Azərbaycan üçün nəzərdə tutulan strateji yol xəritələrinin heç də hamısı gözlənilən nəticəni verməyib: “Bəzi sahələrdə hətta geriləmələr də müşahidə olunub. Bu baxımdan, bu təşəbbüs yalnız kiçik təsirlər göstərə bilər”.
Fatimə
19:45 10.04.2026
Oxunuş sayı: 197