Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfirliyinin "Instagram" hesabında məlumat yayılıb.
"Görüş çərçivəsində Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd edilib", - məlumatda bildirilib.
19:25 03.04.2026
Oxunuş sayı: 53