Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşü başa çatıb, bəyanat qəbul olunub
Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü başa çatıb.
Crossmedia.az xəbər verir ki, yekun niqti ilə çıxış edən Baş nazir Əli Əsədov qeyd edib ki, gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparıldı.
"Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır", - Ə.Əsədov deyib.
O, tədbirin yekunu olaraq bəyanat qəbul edildiyini açıqlayıb.
12:42 02.04.2026
Oxunuş sayı: 44