Şimali Kiprin Baş naziri göstərilən dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Şimali Kiprin Baş naziri göstərilən dəstəyə görə Ünal Üstel Prezident İlham Əliyevə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı bildirib.
"Türk birliyinə olan sarsılmaz inamı və Şimali Kiprə göstərdiyi sonsuz dəstəyi ilə bizə güc verən Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən öz adımdan, hökumətim və azadlıq mübarizəsindən heç vaxt geri çəkilməyən Kipr türk xalqı adından ən dərin minnətdarlığımı bildirirəm. İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir" vizyonu bu gün bu zaldakı iradənin ən güclü dayağıdır", - Ü.Üstel əlavə edib.
12:14 02.04.2026
Oxunuş sayı: 45